BMqT iqlim miqrasiyasının artmasından narahatdır

post-img

Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndə heyəti COP29-da iqlim maliyyələşməsinin prioritet istiqamətlərinin müəyyənləşdirilməsi zamanı iqlim miqrasiyası probleminin müzakirəsində fəal iştirak edib. BMqT eksperti İleana Sinziana Puşkas bununla bağlı jurnalistlərə iqlim miqrasiyasının miqyasının getdikcə artması səbəbindən təmsil etdiyi qurumun məsələyə ciddi yanaşdığını bildirib.

Mövzunun Bakıda BMT-nin Yaşıl İqlim Fondunun nümayəndələri ilə müzakirə olunduğunu deyən ekspert faciə və ağrı ilə nəzərə çarpan miqrasiyanın dövlətlərin həmrəyliyi və birgə uğurlu layihələri ilə aradan qaldırılmasının mümkünlüyünü vurğulayıb.

Ekspert əlavə edib ki,” yaşıl” iqtisadiyyata ədalətli keçid üçün dövlətlərə yüksək ixtisaslı işçi qüvvəsi lazımdır və bu da maliyyə investisiyalarını tələb edir.

Ekologiya