Naxçıvanın “yaşıl” enerji konsepsiyası hazırlanır

post-img

Energetika nazirinin müavini Orxan Zeynalov “Dayanıqlı ətraf mühit: yaşıl enerjiyə keçid” mövzusunda keçirilən beynəlxalq elmi konfransda bildirib ki, Naxçıvan–Azərbaycan–Türkiyə “yaşıl” enerji dəhlizi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına start verilib və Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixracı ilə bağlı modelin hazırlanmasına başlanılıb. Texniki-iqtisadi əsaslandırmada Cəbrayıl enerji qovşağının Naxçıvana və Türkiyəyə birləşdirilməsi nəzərdə tutulub.

Nazir müavini əlavə edib ki, yeni enerji layihələrinin gerçəkləşdirilməsi ilə yanaşı, milli şəbəkənin gücləndirilməsi və sabitliyinin təmin edilməsi üçün ciddi addımlar atılır: “2027-ci ilə qədər 2 giqavat bərpa olunan enerji gücü milli elektrik şəbəkəsinə inteqrasiya ediləcək. 2030-cu ilə qədər isə əlavə 7 giqavat güc nəzərdə tutulur ki, bunun 5 giqavatı Avropaya ixrac olunacaq. Həmçinin 4 giqavat Xəzər–Qara Dəniz dəhlizi, 1 giqavat isə Naxçıvan–Azərbaycan–Türkiyə “yaşıl” enerji dəhlizi vasitəsilə ixrac ediləcək”.

XQ

Ekologiya