ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Donald Trampın iqtidara gəlməsindən öncə iqlim dəyişikliyi ilə mübarizə layihələri üçün sərəncamda qalan bütün vəsaitləri bölüşdürməyi planlaşdırır.
ABŞ Prezidentinin ekoinnovasiya və “yaşıl” enerjinin tətbiqi üzrə baş müşaviri Con Podesta Bakıda keçirilən COP29 iqlim sammitində bu vəsaitlərin bölüşdürülməsindən danışarkən jurnalistlərə bildirib ki, Bayden administrasiyası 2022-ci ildə qəbul edilmiş İnflyasiyanın Azaldılması Qanunu çərçivəsində bütün öhdəliklərini yerinə yetirmək niyyətindədir. Bu qanun digər məsələlərlə yanaşı, federal hakimiyyət orqanlarının ABŞ-yə iqlim dəyişikliyi ilə mübarizə üçün vəsaitlərin ayrılmasını nəzərdə tutur.
ABŞ-ın CNN telekanalının internet səhifəsində bununla bağlı yayılan məlumatda qeyd edilib ki, vəsaitin əsas hissəsi artıq xərclənib. Telekanalın hesablamalarına görə, Bayden administrasiyası əvvəllər İnflyasiyanın Azaldılması Qanunu çərçivəsində iqlim üçün bütün vəsaitlərin, təxminən, 103 milyard dollarnı (92 faiz) artıq bölüşdürüb.