BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının iştirakçılarının rahat hərəkəti üçün çəkilən COP29 zolaqlarından xüsusi taksilər də istifadə edə biləcək.
Bu fikri Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Anar Rzayev COP29 günlərində tətbiq olunacaq nəqliyyat planının təqdimatına dair brifinqdə səsləndirib. O deyib ki, bu nəqliyyat vasitələri qırmızı rəngli, elektrik mühərrikli taksilərdir. Bununla belə, vətəndaşların və tədbir iştirakçılarının konfrans günlərində istifadə edəcəkləri adi taksilərin COP29 zolaqlarına daxil olmasına məhdudiyyət tətbiq ediləcək.