BMT-nin baş katibi Antonio Quterreş XVI BRICS Sammitinin genişləndirilmiş iclasında COP29 iqlim konfransının iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi planı üçün yeni imkanlar yaradacağını bildirib. Baş katib, eyni zamanda, hər bir ölkənin qlobal istiləşməni 1,5 dərəcə daxilində saxlamaq öhdəliyinə sadiqliyini və emissiyaların azaldılması üçün ciddi tədbirlərin həyata keçirilməsinin zəruriliyini də diqqətə çatdırıb.
BMT-nin baş katibi qeyd edib ki, inkişaf etmiş ölkələrin iqlim dəyişikliyi ilə mübarizədə götürdükləri öhdəliklər yerinə yetirilməli və bu məqsəd üçün vəsait iki dəfə artırılmalıdır. Həmçinin İtki və Zərər Fondu da maliyyələşdirilməlidir. Hər bir ölkə texnologiyanın üstünlüklərindən istifadə etmək imkanına malik olmalıdır. Qlobal rəqəmsal saziş beynəlxalq əməkdaşlığı və potensialı gücləndirməyə xidmət etməlidir.