“Xızı–Abşeron” KES-yə avadanlıq gətirilib

post-img

Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətinin Azərbaycanda inşa etdiyi 240 MVt-lıq “Xızı-Abşeron” Külək Elektrik Stansiyasında quraşdırılacaq turbinlərin pərləri artıq Bakıya gətirilib.

Qeyd edək ki, “Xızı–Abşeron” KES-in təməlqoyma mərasimi 2022-ci ilin yanvarın 13-də reallaşıb. Layihə çərçivəsində hər biri 6 MVt gücündə olan 40 ədəd külək turbin qurğusu quraşdırılacaq. Abşeron rayonunun Pirəkəşkül kəndində 17 külək turbini, Xızının Sitalçay yaşayış məntəqəsində isə ümumi gücü 23 ədəd külək turbininin quraşdırılması planlaşdırılır.

Layihə “tik – sahib ol – idarə et” prinsipi əsasında həyata keçiriləcək. Layihənin ümumi dəyəri 300 milyon ABŞ dolları, investoru “ACWA Power” şirkətidir. Elektrik stansiyasında illik 1 milyard kilovat/saat elektrik enerjisi istehsal olunacaq, eyni zamanda, 220 milyon kubmetrədək qaza qənaət ediləcək. Külək elektrik stansiyasının 2025-ci ildə istismara verilməsi planlaşdırılır.

Ekologiya