Britaniya lordları ADA Universitetində

post-img

Böyük Britaniyanın Lordlar Palatasının iki üzvü – uzun müddət Mühafizəkarlar Partiyasının icraçı direktoru vəzifəsini icra etmiş lord Darren Mott və 7 il İşçi Partiyasının Baş katibi vəzifəsində işləmiş lord İain McNicol ADA Universitetində təşkil edilən “Azərbaycanın COP29-da strateji əhəmiyyəti” adlı konfransda çıxış etmək üçün “Qarabağ” Futbol Klubunun prezidenti, iş adamı Tahir Gözəlin dəvəti ilə Bakıya səfər ediblər.

Konfransda Azərbaycanın COP29-da strateji əhəmiyyəti, beynəlxalq əməkdaşlığın inkişafındakı rolu müzakirə edilib, tələbələrin sualları cavablandırılıb.

Lord McNicol və lord Mott COP29-a evsahibliyi edən ölkəmizi ziyarətdən məmnun olduqlarını söyləyib, Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə töhfələrinə görə minnətdarlıqlarını bildiriblər.

Ekologiya