Azərbaycan Dövlət Neft Şirkətinin 2023-cü il üzrə davamlı inkişaf haqqında hesabatına əsasən, qurum Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının karbon neytral zona kimi inkişaf etdirilməsini qarşıya mühüm vəzifə kimi qoyub.
Şirkət bu məqsədlə perspektivdə emissiyaların azaldılması, enerji səməriliyinin artırılması, karbonun tutulması, istifadəsi və saxlanması kimi imkanların tətbiqini nəzərdə tutub. Bütün bunlarla bərabər, işğaldan azad edilən ərazilərdə elektrikli nəqliyyat vasitələri üçün regional infrastrukturun qurulmasını da planlaşdırıb.
Neft Şirkəti Qarabağ və Şərqi Zəngəzurun karbon neytral zona kimi inkişafı məqsədilə qazın bərpaolunan enerji, H2 və digər “yaşıl” enerji həlləri ilə əvəzlənməsini, həmçinin “yaşıl” yanacaq istehsalının artırılması və ənənəvi karbohidrogen yanacağının bioqaz və biodizellə əvəz edilməsini nəzərdə tutur.