Yeni nəslə təmiz gələcək!

post-img

İqlim dəyişikliyinin fəsadları sərhədləri aşır. Buna görə də mövcud problemin həlli məqsədilə ölkələr birgə fəaliyyət göstərməklə düzgün strategiya yaratmalı və çətinliklər aradan qaldırılmalıdır.

PRE-COP29 konfransı çərçivəsində keçirilən yan tədbirdə Birləşmiş Şəhərlər və Yerli Hökumətlər Təşkilatının baş katibinin xüsusi müşaviri Firdaous Oussidhoum daha sonra qeyd edib ki, iqlim probleminin həlli beynəlxalq əməkdaşlıq ilə mümkündür: “Ölkələr arasında əməkdaşlıq bütün sahələrdə olduğu kimi, iqlim probleminin həlli üçün də vacibdir. COP29-da müzakirə olunan məsələlər çox aktualdır. Düşünürəm ki, artıq hərəkətə keçmək vaxtıdır. Müzakirələr zamanı əsas prioritetimiz gələcək nəsil olmalıdır. Onlara planetin daha təmiz gələcəyini vəd etməliyik”.

Ekologiya