AİB ilə “yaşıl” enerji sahəsində əməkdaşlıq

post-img

Energetika nazirinin müavini Elnur Soltanov Asiya İnkişaf Bankının (AİB) Mərkəzi və Qərbi Asiya İdarəsinin baş direktorunun müavini Xiaohong Yangın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, söhbət zamanı ölkəmizin bankla uğurlu əməkdaşlıq əlaqələri, xüsusilə energetika sektorunun inkişafı üzrə həyata keçirilən birgə layihələr yüksək qiymətləndirilib.

Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində görülən işlər, “yaşıl” enerji istehsalı və ixracı üzrə hədəflər, həmçinin COP29 beynəlxalq konfransına hazırlıqlar barədə məlumat verilib, enerji sahəsində yeni istiqamətlər üzrə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Ekologiya