İqlim savaşı ekohəmrəyliyi gücləndirir

post-img

Braziliyanın ətraf mühit və iqlim dəyişikliyi nazirinin müavini Andre Korrera Bakıda iqlim məsələlərində şəffaflığının artırılması mövzusunda keçirilən yüksək səviyyəli dialoq zamanı bildirib ki, iqlim dəyişikliyi və onun nəticələri ilə mübarizə heç bir ölkənin təkbaşına həll edə bilməyəcəyi böyük bir işdir. Onun sözlərinə görə, emissiyaların şəffaflığı üzrə qlobal sistemin qəbulu iqlim dəyişikliyi ilə mübarizə üzrə fəaliyyətdə yeni eranın başlanğıcını göstərir.

A.Korrera bildirib ki, Azərbaycanın COP29-a sədrlik edən tərəf kimi irəli sür­düyü İkiillik Şəffaflıq Hesabatı təşəbbüsü inkişaf etməkdə olan ölkələrin ehtiyacla­rına cavab verir və milli səviyyədə güclü şəffaflıq sistemlərinin yaradılmasını nəzər­də tutur.

“Gəlin potensial və texniki ehtiyaclar­dakı boşluqları aşkarlayaraq aradan qaldır­maq üçün bu fürsətdən istifadə edək, eləcə də qarşılıqlı etimad və əməkdaşlığı güclən­dirək” deyə, – nazir müavini vurğulayıb.

Ekologiya