Aranda yağmursuz, dağlarda yağış, duman və külək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, avqustun 24-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. 

Əsasən yağmursuz keçəcək. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 21-26°, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunun­dan 757 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80 , gündüz 50-55 faiz olacaq. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Şimal çimərliklə­rində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) 26-27° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 27-28° isti olacaq. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ay­rı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi eh­timalı var. Gecə və səhər bəzi dağlıq rayonlarda zəif duman olacaq. Şərq küləyi əsəcək, əsasən dağlıq və dağətəyi rayonlarda arabir güclənəcək. Ha­vanın temperaturu gecə 21-26°, gündüz 34-39°, dağlarda gecə 15-20°, gün­düz 22-27° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya