Amerika–Azərbaycan Ticarət Palatasının (USACC) “X” sosial şəbəkəsində dərc olunmuş məlumatda “yaşıl” maliyyələşdirmə üzrə Liderlər Sammitinin oktyabrın 11-də Vaşinqtonda keçiriləcəyi bildirilib.
Paylaşımda palatanın USACC, ABŞ Ticarət Nazirliyi və Cons Hopkins Universitetinin “Bloomberg” Mərkəzi ilə “yaşıl” maliyyələşdirmə üzrə Liderlər Sammitinin iştirakçısı olmağa dair çağırış var. Qeyd olunur ki, Cons Hopkins Universitetinin “Bloomberg” Mərkəzində keçiriləcək tədbir COP29 ərəfəsində təşkil olunacaq və nüfuzlu ekspertlər və rəsmi şəxslərlə birlikdə dayanıqlı gələcək üçün maliyyə mexanizmlərinin araşdırılmasına həsr olunacaq.