COP29 sədrliyi iqlim fəaliyyəti üçün investisiyaların cəlb olunmasını müzakirə edib. İcraçı direktor Elnur Soltanov və İqlim üzrə yüksək səviyyəli çempion Nigar Arpadarai Dünya İqtisadi Forumunun “İqlim fəaliyyətinin gücləndirilməsi üçün ianə” təşəbbüsünün nümayəndələri ilə görüşüblər.
Bu barədə COP29-un “X” sosial şəbəkəsinin hesabındakı paylaşımda bildirilir: “Bu gün Dünya İqtisadi Forumunun iqlim fəaliyyətinin gücləndirilməsi iqlim ianəsi təşəbbüsünün nümayəndələri ilə ətraflı müzakirə edildi. Həmçinin iqlim fəaliyyətinə daha çox investisiya cəlb etmək üçün xeyriyyəçilikdən necə istifadə oluna biləcəyi barədə fikir mübadiləsi aparıldı”.