Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, avqustun 17-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz havanın qısamüddətli tutulacağı gözlənilir.
Cənub-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Gecə 20-25°, gündüz 28-32° isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 60-70 , gündüz 40-50 faiz olacaq.
Abşeron çimərliklərində gözlənilən dəniz suyunun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 25-26° isti, Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gündüz əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 19-24°, gündüz 25-30°, dağlarda gecə 10-15°, gündüz 15-19° isti olacaq.
Q.QASIMOV
XQ