Qazaxıstandan Azərbaycana “yaşıl” körpü salınır

post-img

Qazaxıstanın respublikamızdakı səfiri Alim Bayel Bakıda keçirilən turizm forumunda bildirib ki, bu ölkədən “yaşıl enerji”nin Azərbaycan ərazisi ilə ixracı üzrə layihə hazırlanır. 

Səfirin sözlərinə görə, ölkələr arasın­da sıx qarşılıqlı səmərəli ticari-iqtisadi əməkdaşlıq qurulub. Qazaxıstandan “yaşıl enerji”nin gələcəkdə Azərbaycan ərazisi ilə ixracı isə təkcə iki ölkənin deyil, bütün regionun, eləcə də Orta Dəhlizin inkişafına mühüm təsir göstərəcək. 

Səfir həmçinin, turizm sahəsində əmək­daşlığa toxunub və statistik məlumatları təqdim edib. “Ötən il Azərbaycana 58 min qazaxıstanlı turist gəlib. Bu ilin yanvar–iyun ayları ərzində isə həmin göstərici 38 min təşkil edib. Bütünlükdə Azərbaycana turist axınının artım dinamikasına görə Qa­zaxıstan Çin və Hindistandan sonra üçüncü yerdə qərarlaşıb”, - deyə səfir əlavə edib.

Ekologiya