Sahil zolağı tullantılardan təmizlənib

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə iyunun 29-da Xəzər dənizinin Bilgəh sahilində genişmiqyaslı təmizlik aksiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən XQ-ə bildirilib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin və əməkdaşlarının, Sabunçu Rayon İcra Hakimiyyətinin, “Təmiz Şəhər” ASC-nin, “Facility Management Group” şirkətinin, “Qırmızı ürəklər” Fondu, “Nargis” jurnalının, “Coca Cola” şirkətinin, “EcoHub” ekoloji platforması nümayəndələrinin, eləcə də ekokönüllülərin iştirakı ilə keçirilən təmizlik aksiyası zamanı sahil zolağı 1200 kiloqram plastik və digər tullantılardan təmizlənib.

“Təmiz ölkəm” təmizlik aksiyalarının keçirilməsində məqsəd təbiət ərazilərinin daimi təmizliyini təmin və təşviq etmək, məişət tullantılarının atılmasının qarşısını almaq və ictimaiyyəti ətraf mühitin mühafizəsi sahəsində mübarizəyə cəlb etməkdir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər kəsi ətraf mühitin mühafizəsinə yönələn bu cür tədbirlərdə fəal iştirak etməyə, təbiətə qayğı və həssas münasibət göstərməyə çağırır.

Qeyd edək ki, bu cür aksiyaların mövsüm boyu hər həftəsonu keçirilməsi nəzərdə tutulub.

Ekologiya