Yenə də yağmursuz, amma arabir dumanlı...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirli­yi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən aprelin 18-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağ­mursuz keçəcək. 

Səhər bəzi yerlərdə duman olacaq. Müla­yim cənub küləyi əsəcək. Gecə 9-14°, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 756 mm civə sütununa enə­cək, nisbi rütubət gecə 60-65, gündüz 45-55 faiz olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək, bəzi şərq rayon­larında arabir güclənəcək. Havanın temperatu­ru gecə 10-15°, gündüz 23-28°, dağlarda gecə 5-10°, gündüz 18-23° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya