“Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib

post-img

Təkrar emal təbii sərvətlərimizi qorumağa kömək edən, ekoloji cəhətdən təmiz və yaşıl planetin yaranmasına töhfə verən bir prosesdir. 

2018-ci ildən etibarən hər il qeyd olunan Qlobal Təkrar Emal Günü ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin, müxtəlif tərəfdaş qurumların dəstəyi ilə 17 mart 2024-cü il tarixində “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirildi.

Elmlər Akademiyası metrostansiyasının yaxınlığında keçirilən festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr (müxtəlif növ ağac tingləri, ekoçantalar, milli parklara giriş bileti) əldə ediblər.

Əlavə edək ki, tədbir “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilirdi.

Elşən AĞALAR

Fotolar müəllifindir.

 

















Ekologiya