Rusiyanın “Domodedovo” hava limanının müvəqqəti bağlanması ilə əlaqədar “Şeremetyevo”da enən “Azərbaycan Hava Yolları”nın təyyarəsi “Domodedovo” aeroportuna yola düşüb.
Bu barədə XQ-ə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 16:13-də “Domodedovo” aeroportunda eniş edib.
13:24
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Moskva (Domodedovo hava limanı) marşrutu üzrə J2 181 reysini yerinə yetirən təyyarəsi hava limanının bağlı olması ilə əlaqədar Şeremetyevo aeroportuna enib.
Bu barədə XQ-ə “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, təyyarə Bakı vaxtı ilə saat 12:15-də Şeremetyevo hava limanına uğurla eniş edib.
Domodedovo aeroportunun bağlanmasına təhlükəsizlik tədbirləri səbəb olub.
Əlavə suallar yarandıqda, sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə müraciət edə bilərlər.