Hava yağmursuz və arabir dumanlı olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən martın 2-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək. 

Gecə 1° şaxtadan 3°-dək isti, gündüz 7-12° isti olacaq. Atmosfer təzyiqi 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq. Azərbaycanın rayonlarında hava, əsasən, yağ­mursuz keçəcək. Gecə və səhər arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 5-10° şax­ta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.

Q. QASIMOV
XQ

Ekologiya