Abşeron və dağlarda yağıntılı, dumanlı, əksər rayonlarda isə yağmursuz olacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən fevralın 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. 

Gün ərzində bəzi yerlərdə fasilələr­lə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 3-5°, gündüz 5-7° isti olacaq. Atmosfer təz­yiqi 769 mm civə sütunundan 771 mm civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaq. Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz keçə­cək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntı­lı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-6°, gündüz 6-10° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaq. 

Q.QASIMOV
XQ

Ekologiya