Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən avqustun 3-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 21-26°, gündüz 30-35° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 40-45 faiz olacaq.
Abşeron çimərliklərində dəniz suyunun temperaturu:Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25°,Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gündüz əsasən şimal və qərb rayonlarında arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Qərb küləyi əsəcək, gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-26°, gündüz 33-38°, dağlarda gecə 10-15°, gündüz 15-20° isti olacaq.
Q. QASIMOV, “Xalq qəzeti”