Hadisə Sinqapurda olub. Həkimlər ürəkbulanması və qusmadan əziyyət çəkən pasiyentin boğazından bütöv osminoq çıxarıblar. Bu barədə “The Daily Mail” yazıb.
Xəbərdə bildirilir ki, 55 yaşlı kişi içərisində osminoq olan dəniz məhsullarından ibarət yeməyi yeyərkən, udqunub və qusma başlayıb.
Anında həkimə müraciət edən kişinin rentgen çəkilişində mədəni udlaqdan ayıran hissədə osminoqun ilişib qaldığı aşkarlanıb.
Həkimlər onu öncə endoskopik yolla təzyiq edib mədəyə doğru yönəltmək istəyiblər. Bu cəhd alınmayanda, endoskopla onu çeviriblər. Nəhayət, molyuskun başından tutqacla yanaşıb onu geriyə dartaraq, yemək borusundan çıxarıblar.
Pasiyent prosedurdan dərhal sonra özünə gəlsə də, onu xəstəxanadan 2 gün sonra evə göndəriblər.
Z.HÜSEYNOVA, “Xalq qəzeti”