Kainatdakı qaranlıq maddə və enerjini araşdırmaq məqsədi daşıyan “Euclid” kosmik teleskopundan ilk sınaq şəkilləri yayımlanıb.
Teleskop 3D xəritəsi sayəsində qalaktikaların yerləşməsini və 6 milyard il əvvəl başladığı düşünülən Kainatın genişlənməsinin dəqiq ölçülərini göstərəcək.
Beləliklə, “Euclid”in qalaktikaların əmələ gəlməsi zamanı qaranlıq maddənin və qaranlıq enerjinin buraxdığı izləri aşkarlaya biləcəyinə ümid edilir. Teleskopun, təxminən, iki ay sonra elmi fəaliyyətə başlaması gözlənilir.
Qeyd edək ki, iyulun 1-də havaya qalxan teleskop Yerdən təxminən 1,5 milyon kilometr uzaqlıqdadır.
Aytən NƏCƏFOVA, “Xalq qəzeti”