Baş nazir Trampı müharibədən diplomatiyaya keçməyə inandırmaq niyyətindədir

post-img

Yaponiyanın Baş naziri Sanae Takaiti ABŞ Prezidenti Donald Trampla İrana hücum və Yaxın Şərqdə sabitliyin pozulması ilə bağlı “səmimi danışıqlar” aparmağı planlaşdırır. Görüşün martın 19-da Ağ Evdə keçirilməsi gözlənilir. 

Məlumatı “Kyodo News” verib.

Baş nazir inanır ki, Prezident Trampı müharibədən diplomatiyaya keçməyə inandıra biləcək.  

Qeyd edək ki, bu arada, enerji idxalından asılı olan Yaponiyada Hörmüz boğazının blokadasının WTI xam neftinin fyuçerslərinin təxminən 140 dollara qədər artmasına səbəb olacağı ilə bağlı narahatlıqlar var idi. Bu, Yaponiyada qiymətlərin illik 1,14 faiz artmasına və ölkəni potensial olaraq tənəzzülə sürükləməsinə səbəb olardı. Nomura Tədqiqat İnstitutu bu ssenaridə Yaponiyanın ÜDM-də 0,65 faiz bəndi azalma proqnozlaşdırmışdı.

Sanae Takaiti bildirib ki, hökumət hazırda ABŞ və İsrailin İrana hücumuna “hüquqi qiymət verə” bilmir və məlumat toplamağa davam edir.

P.ƏMİRCANOV
XQ

Dünya