ABŞ prezidenti Donald Tramp İrana rəhbərlik etmək üçün üç namizədin olduğunu bildirib, lakin onların adlarını çəkməkdən imtina edib. Tramp “The New York Times” qəzetinə verdiyi müsahibədə bildirib ki, üç çox yaxşı variantı var, ancaq onları indi açıqlamayacaq: “Gəlin əvvəlcə işi bitirək”.
Məlumatı “İnterfaks.ru” verib.
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölkəyə rəhbərlik edə biləcəyi barədə soruşulduqda Tramp cavab verməyib. Qəzet qeyd edir ki, Tramp “yeni rəhbərlik özünü praqmatik tərəfdaş kimi sübut edərsə” Tehrana qarşı sanksiyaların ləğvinə icazə verər.
O, İran xalqını ölkədə hökumətin devrilməsinə çağırıb.
Tramp əlavə edib: “Mən bu və ya digər şəkildə heç bir vəd vermirəm; hələ tezdir. Bizim görüləsi bir işimiz var və biz bunu çox yaxşı yerinə yetirmişik. Deyərdim ki, biz qrafikdən xeyli irəlidəyik”.
P.ƏMİRCANOV
XQ

