İraqın baş naziri ABŞ rəsmisi ilə görüşüb

post-img

İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani Bağdadda ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barakla görüşüb. Məlumatı “Anadolu” verib. 

İraq Baş nazirinin mətbuat xidmətindən verilən açıqlamaya görə, görüşdə ABŞ-la ikitərəfli münasibətlər, regiondakı ümumi vəziyyət və regional sabitlik, xüsusən də Suriyadakı sabitliyi dəstəkləmək səyləri müzakirə olunub.

Tərəflər bölgədə gərginliyin qarşısının alınması ilə bağlı fikir mübadiləsi aparıb, fikir ayrılıqlarının həllində dialoqun və diplomatik metodların vacibliyini vurğulayıblar.

Əs-Sudani bölgədəki ölkələrin və xalqların suverenliyinə qarşı hücumların və pozuntuların qarşısının alınmasının və problemlərin köklərini aradan qaldıran radikal və fundamental həllərin hazırlanmasının vacibliyini qeyd edib.

Barrak da, öz növbəsində İraqın regional problemlərin həllində, gərginliyin azaldılmasında, dialoqun dəstəklənməsində və terrorizmlə mübarizədə vacib rol oynadığını vurğulayıb.

P.ƏMİRCANOV
XQ

Dünya