ABŞ-da güclü qar yağması nəticəsində 60 milyondan çox insan fövqəladə vəziyyətlə üzləşib. Bu barədə “The Hill” qəzeti məlumat verib.
“İzvestiya.ru” bildirir ki, “Delaver, Massaçusets, Nyu-York, Nyu-Cersi, Pensilvaniya və Rod-Aylend ştatlarında 60 milyondan çox insana təsir edən fövqəladə vəziyyət elan edilib”.
Nəşrin məlumatına görə, Delaver, Nyu-York, Nyu-Cersi, Rod-Aylend və Massaçusets ştatlarının bəzi yerlərində 35 milyondan çox insana təsir edən çovğun xəbərdarlıqları edilib.
18 fevralda “The Washington Post” qəzeti Şimali Kaliforniyadakı Kasl Pik Milli Parkında baş verən qar uçqunu nəticəsində xizək qrupunun doqquz üzvünün itkin düşdüyünü bildirib. Qrupun 15 nəfərdən ibarət olduğu bildirilir. Altı xizəkçi tapılıb və onlara tibbi yardım göstərilib.
P.ƏMİRCANOV
XQ

