Gürcüstanın bir çox bölgələrində ciddi işçi çatışmazlığı var və əgər əcnəbilər olmasaydı, bir çox layihələri dayandırmalı olardıq.
Bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze məlumat verib.
O bildirib ki, Gürcüstana əcnəbilərin gəlməsinin bir neçə səbəbi var. “Birincisi, Gürcüstan turizm ölkəsidir. Təbii ki, belə şəraitdə miqrasiyanın idarəolunması xüsusi çətinliklərlə əlaqələndirilir. Təhsil sistemi də əcnəbilər üçün açıqdır. Bu gün Gürcüstanda 37 min əcnəbi tələbə təhsil alır. Üçüncü vacib amil isə əmək miqrasiyasıdır”, - deyə o diqqətə çatdırıb.

