Yaponiyanın baş naziri parlamenti buraxa bilər

post-img

Yaponiyanın Baş naziri Sanae Takaiti yanvarın 23-də aşağı palatanın buraxılmasını elan edə bilər. “Yomiuri” qəzetinin hökumət mənbələrinə istinadən verdiyi məlumata görə, bu, fevralın 8-də növbədənkənar seçkilərin keçirilməsinə səbəb olacaq. Bu halda, seçki kampaniyası yanvarın 27-də başlayacaq.

Məlumatı “Kommersant” verib. 

Hökumət ümid edir ki, aşağı palatanın buraxılması ilə səsvermə arasındakı müddəti qısaltmaqla aşağı palatanın 2026-cı maliyyə ili üçün büdcənin qəbuluna təsirini minimuma endirəcək.

Çərşənbə axşamı Yaponiya hökuməti parlamentin növbəti iclasını 23 yanvarda çağırmaq qərarına gəlib. 

Bir qədər əvvəl bildirilmişdi ki, Yaponiyanın 2026-cı maliyyə ili üçün büdcə layihəsində rekord məbləğdə 122,31 trilyon yen (785 milyard dollar) xərc nəzərdə tutulur. Gəlirlərin 83,74 trilyon yen olacağı proqnozlaşdırılır ki, bu da bütün dövrlərin ən yüksək göstəricisidir. Büdcə artımı yeni Baş nazir Sanae Takaitinin ölkə iqtisadiyyatını dəstəkləmək üçün istifadə etdiyi genişləndirici maliyyə siyasəti ilə bağlıdır.

P.ƏMİRCANOV
XQ

Dünya