Tramp-Zelenski görüşü: razılaşmalar ümidvericidir

post-img

Florida ştatındakı Mar-a-Laqo iqamətgahında ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski arasında görüş olub. Bu barədə “Anadolu” məlumat verib. 

Söhbət iki saatdan çox çəkib. Sonra onların Avropa liderləri ilə videokonfrans vasitəsilə görüşü baş tutub. 

Prezidentlər mətbuat konfransı keçiriblər. Tramp Rusiyanın Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazır olduğunu bildirib: “Rusiya Ukraynanın çiçəklənməsini istəyir. O, Ukraynanın yenidən qurulmasında iştirak etməyə hazırdır”.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Zaporojye Atom Elektrik Stansiyası (AES) məsələsinə fə toxunulub. Rusiya AES-in Ukrayna üçün də əlçatan olmasını istəyir: “Putin mənə dedi ki, Zelenski ilə birgə görüşün baş tutmasını istərdi. Vaxtı gələndə belə bir görüş olacaq”. 

O, həmçinin bildirib ki, hər şey yaxşı olarsa, razılaşmanın qalan kiçik hissəsinin həlli bir neçə həftə çəkəcək.

P.ƏMİRCANOV
XQ

Dünya