Merts: "Minskin səhvləri təkrarlanmayacaq"

post-img

Avropa İttifaqı və ABŞ Ukraynaya NATO-nun 5-ci maddəsinə bənzər təhlükəsizlik zəmanətləri vermək barədə razılığa gəliblər. Unian-ın məlumatına görə, Almaniya kansleri Fridrix Merts bunu Ukrayna prezidenti Volodimir Zelenski ilə keçirdiyi mətbuat konfransında açıqlayıb.

Onun sözlərinə görə, müttəfiqləri - Avropa və ABŞ - artıq "Minsk razılaşmalarının səhvlərini" təkrarlamayacaqlar.

"Rusiyanın yeni hücumu halında, Ukrayna özünü təkcə təkbaşına deyil, həm də müvafiq öhdəlikləri öz üzərinə götürən ölkələrin dəstəyi ilə müdafiə edə biləcək", - Almaniya kansleri bildirib.

Merts, həmçinin Milad tətili zamanı Rusiya üçün atəşkəs təklif edib. O bildirib ki, Moskva 25 dekabr gecəsi atəşi dayandırarsa, vacib bir addım atacaq.

S.ELAY

XQ

Dünya