ABŞ və Avropa İttifaqı tarif məsələsində razılaşdı

post-img

ABŞ və Avropa İttifaqı arasında yeni ticarət sazişi razılaşdırılıb. Saziş Şotlandiyada ABŞ Prezidenti Donald Tramp və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin görüşündə elan edilib. Məlumatı “Kommersant” verib.

Bununla bağlı Prezident Tramp bəyan edib: “Biz razılaşma əldə etdik. Bu hamı üçün faydalıdır”.

Yeni razılaşmaya əsasən, ABŞ Avropa İttifaqından idxal olunan məhsullara 15 faiz tarif tətbiq edəcək. Əvəzində isə Aİ ABŞ-dan 600-750 milyard dollar dəyərində enerji məhsulları almağı və əlavə investisiyalar qoymağı öhdəsinə götürüb.

Donald Tramp sazişi “hər kəs üçün yaxşı və ədalətli razılaşma” adlandırıb. Ursula fon der Lyayen isə bu razılaşmanın transatlantik ticarət münasibətlərinin sabitləşdirilməsi üçün mühüm addım olduğunu bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya