Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının yeni katibi Rustem Umerova İstanbulda Rusiya ilə danışıqlar prosesini aktivləşdirməyi tapşırıb.
“Caliber.az” xəbər verir ki, bu barədə Zelenski özünün Telegram-kanalında məlumat yayıb.
“Bu gün Rüstəm Umerovla Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının və Ali Baş Komandan Qərargahının işini, eləcə də müdafiə və danışıqlar sahəsində şəxsi tapşırıqları müzakirə etdik. Danışıqlar yolunu intensivləşdirmək lazımdır. Hazırda İstanbulda keçirilən ikinci iclasda əldə olunan razılaşmaların icrası daha çox dinamika tələb edir” - o yazıb.
Kreml isə Zelenskinin sözlərinə müsbət cavab verib. İyulun 18-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib: “Bu, müsbət siqnaldır”.
Kreml sözçüsü vurğulayıb ki, Moskva da “danışıqlar prosesinə dinamika əlavə etmək” istəyir, lakin Kiyevdən daha real yanaşma gözləyir.
P.ƏMİRCANOV
XQ