Çin İrandan 1600 və İsraildən yüzlərlə vətəndaşını təxliyə edib

post-img

Çin İrandan 1600 və İsraildən yüzlərlə vətəndaşını təxliyə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 19-da Çin XİN-in nümayəndəsi Qo Tszyakun məlumat verib.

“Reuters” agentliyinin məlumatına görə, növbəti mətbuat konfransında münaqişə tərəflərini gərginliyi azaltmağa çağıran Çin rəsmisi deyib: “Təxliyə səyləri davam edir, Çin bu məsələdə İran, İsrail, Misir və Omanla əlaqə saxlayır”.

İyunun 19-da İsrail İranın əsas nüvə obyektinə zərbə endirib. İran raketləri isə İsraildəki xəstəxananı vurub.

Çinin İrandakı səfirliyi öz vətəndaşlarına bu ölkəni quru yolu ilə tərk etməyi tövsiyə edib.

Dünya