Kreml: Putin Zelenski və Trampla görüşə hazırdır, amma ...

post-img

Rusiya Prezidenti Vladimir Putin ABŞ və Ukrayna liderləri Donald Tramp və Vladimir Zelenski ilə şəxsi görüşün mümkünlüyünü əsaslı şəkildə dəstəkləyir. Kremlin sözçüsü Dmitri Peskov belə təmaslara tələbat olduğunu, lakin hazırlıq tələb etdiyini açıqlayıb.

Məlumatı “Kommersant” verib. 

“Prezident Putin dəfələrlə bildirib ki, o, prinsipial olaraq ən yüksək səviyyədə təmasların tərəfdarıdır; təbii ki, onlara tələbat var. Amma buna hazır olmaq lazımdır və ilk növbədə, iki ölkənin nümayəndə heyətləri arasında birbaşa danışıqlarda nəticə əldə edilməlidir. Belə bir nəticə əldə olunarsa və nə vaxt əldə olunarsa, bundan sonra, təbii ki, biz ən yüksək səviyyədə təmaslardan danışa bilərik”, -deyə Peskov qeyd edib. 

Bu həftə Vladimir Zelenski Vladimir Putin və Donald Trampla üçtərəfli görüş keçirməyə hazır olduğunu bildirib. Amerika prezidenti belə bir ehtimalı mümkün hesab edir. Kreml də bunu istisna etməyib. Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə oxşar sammit təşkil etməyə hazır olduğunu bildirib.

P.ƏMİRCANOV
XQ

Dünya