Donald Tramp Roma Papası obrazında fotosunu paylaşıb

post-img

ABŞ Prezidenti Donald Tramp Roma Papası obrazında fotoşəklini paylaşıb.

AZƏRTAC xəbər verir ki, fotoşəkil Ağ evin sosial şəbəkəsində və ABŞ Prezidentinin “Truth” sosial media hesabından paylaşılıb.

Fotoşəkil dərhal bütün dünyada viral olub.

Donald Tramp bu addımı katoliklərin mərhum ruhani lideri və Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin varisini təyin edəcək konklavın başlamasına bir neçə gün qalmış atıb. ABŞ Prezidenti ötən günlərdə bir neçə dəfə zarafatla deyib ki, növbəti Papanın özünün olması onun “ilk seçimi olacaq”.

“Mən Papa olmaq istərdim. Düşünürəm ki, böyük Papa olardım. Bunu məndən yaxşı heç kim edə bilməzdi”, - deyə ABŞ Prezidenti bildirmişdi.

Fotomontajda Donald Tramp Papa kimi geyimdə - başında mitre, boynunda xaç və xeyir-dua jesti ilə təsvir edilib.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Vatikan

Dünya