Vatikan Papa Fransiskin dəfn mərasimindən sonra kardinalların ilk görüşünün keçirildiyini təsdiqləyib. İclasdan sonra qərara alınıb ki, Xorxe Mario Berqolonun varisini seçəcək konklav mayın 7-də başlasın. Məlumatı “Kommersant” verib.
Kardinalların qurultayı başlamazdan əvvəl konklavın keçiriləcəyi Sikstin kapellasının girişi turistlər üçün bağlanıb.
Əvvəlki iki konklav 2005 və 2013-cü illərdə cəmi iki gün davam edib. İndi isə kardinallar arasında hazırkı səsvermənin nə qədər davam edəcəyi ilə bağlı fikir ayrılığı var. Belə ki, isveçli kardinal Anders Arborelius “Reuters” agentliyinə bildirib ki, Papa Fransiskin təyin etdiyi kardinalların çoxu bir-birini ilk dəfə gördüyü üçün seçki prosesinin daha uzun olacağını gözləyir.
Roma Papası Fransisk aprelin 21-də 88 yaşında vəfat edib.
P.ƏMİRCANOV
XQ