Yaponiya ABŞ tariflərinin təsirini azaltmaq üçün təcili iqtisadi tədbirlər paketini açıqlayıb

post-img

Yaponiya hökuməti ABŞ Prezidenti Donald Trampın yüksək tariflərinin mənfi təsirlərinə qarşı çıxmaq üçün təcili iqtisadi tədbirlər paketini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın xəbər agentliyi olan Kyodo news məlumat yayıb. Bildirilib ki, yardım paketi ABŞ-ın rüsumlarının Yaponiyanın ixracına, o cümlədən iqtisadiyyatına təsiri ilə bağlı narahatlığı aradan qaldırmaq məqsədilə korporativ maliyyələşdirməyə dəstək və istehlakı stimullaşdırmaq üçün addımlar da daxil olmaqla beş sütundan ibarətdir.

Baş nazir Şiqeru İşiba benzin və dizelin qiymətlərini bir litr üçün 10 yen azaltmağa, enerji xərclərinə subsidiyalar verməyə və gələn aydan kiçik şirkətlər üçün aşağı faizli kreditlərin əhatə dairəsini genişləndirməyi nəzərdən keçirməyə söz verib.

Məsələyə yaxın mənbələr bildiriblər ki, danışıqların ikinci raundunun nəticəsindən asılı olaraq, İşiba hökuməti yapon istehsalçılarının performansının aşağı düşməsinin və istehlakçı inamının kəskin şəkildə pisləşməsinin qarşısını almaq üçün əlavə addımlar da ata bilər.

Dünya