Çexiyanı Papa Fransiskin dəfnində katolik Baş nazir təmsil edəcək

post-img

Çexiyanı Papa Fransiskin dəfnində katolik Baş nazir Petr Fiala təmsil edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat xidməti məlumat verib. Dəfn mərasimi şənbə günü, aprelin 26-da olacaq. Həmçinin, Çexiya və Moraviyadan olan yepiskoplar, keşişlər və dindarlar dəfndə iştirak etmək üçün Vatikana yollanacaq.

Nazirlər Kabineti mətbuat xidmətinin məlumatında bildirilir: “Baş nazir və Prezident razılığa gəliblər ki, Papa Fransiskin dəfnində Çex Respublikasını hökumətin başçısı Petr Fiala təmsil edəcək. Sonuncu əvvəllər Papa ilə şəxsən görüşüb və indi onunla vida mərasimində iştirak etmək arzusunu ifadə edib”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Dünya