Numan Kurtulmuş: Dünya yeni sistemin formalaşdırılmasına ehtiyac duyur

post-img

Fələstində baş verən son hadisələr yeni sistemin, yeni qlobal siyasi və iqtisadi arxitekturanın formalaşdırılmasının zəruriliyini açıq şəkildə nümayiş etdirir. Hələ digər qlobal kataklizmləri və münaqişələri demirəm. Bunu Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş deyib. 

Məlumatı “Anadolu” verib. 

Türkiyə qanunverici orqanının spikeri Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında çıxış edib.

Kurtulmuş qeyd edib ki, hazırkı Assambleya dünya nizamının ciddi problemlərlə üzləşdiyi bir vaxtda keçirilir. Bu baxımdan parlamentarilər “qlobal siyasi və iqtisadi böhranlar, geosiyasi gərginliklər və potensial münaqişələr kontekstində böyük məsuliyyət daşıyırlar”.

Numan Kurtulmuş bütün dünya parlamentlərini “yeni, vicdanlı və ədalətli siyasi və iqtisadi arxitektura yaratmaq məqsədi ilə əməkdaşlığa” çağırıb. O, bu məqsədə doğru çalışmağın “bəşəriyyətin inkişafına ən böyük töhfə olacağına” əmin olduğunu bildirib.

P.ƏMİRCANOV

XQ

Dünya