Martın 26-dan etibarən Avropa İttifaqı (Aİ) ölkələrindəki limanlar Rusiya mayeləşdirilmiş təbii qazının (MTQ) daşınması xidmətlərini dayandırıb, bu, sanksiyaların tətbiqindən əvvəl bağlanmış müqavilələr istisna olmaqla, bir müddət davam edə bilər.
Bu barədə “İnterfaks-Ukrayna” xəbər verir.
Martın 26-dan etibarən Aİ ölkələrindəki limanlara Rusiyadan hasil edilən və ya ixrac edilən mayeləşdirilmiş təbii qazın daşınması xidmətlərinin göstərilməsi qadağan edilib.
Belə məhdudiyyətlər 2024-cü ilin iyununda tətbiq edilən sanksiyalarla nəzərdə tutulmuşdu, lakin şirkətlərə 25 iyun 2024-cü il tarixinə qədər bağlanmış və bu gün müddəti başa çatan müqavilələr üzrə möhlət verilib.
LNG-nin köçürülməsi üçün texniki dəstək, broker xidmətləri, maliyyələşdirmə və ya maliyyə dəstəyinin göstərilməsi də qadağandır.
Eyni zamanda, qazın Aİ üzvü olan bir ölkəyə enerji ehtiyacları üçün nəqlinə gəldikdə xidmətlərə icazə veriləcək.
Hazırda Aİ ölkələrinin aldığı qazın təxminən 13%-i hələ də Rusiyadan gəlir və Avropa Komissiyası üzv dövlətləri ondan uzaqlaşmağa təşviq etmək üçün qanunlar hazırlayır.
S.ELAY
XQ