Martın 24-də Senat Hərbi Dəniz Qüvvələrinin növbəti katibi vəzifəsinə Con Felanın namizədliyini təsdiqləyib. Görüş C-SPAN tərəfindən yayımlanıb.
Felanı 62 senator dəstəkləyib, 30 senator isə əleyhinə çıxıb. Onun tezliklə and içəcəyi gözlənilir.
2024-cü ilin noyabrında ABŞ prezidenti Donald Tramp Con Felanı ABŞ Hərbi Dəniz Qüvvələri katibi vəzifəsinə namizəd kimi irəli sürüb. Tramp qeyd edib ki, Felan biznesdə böyük uğurlar qazanıb və “Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin işlərini hər şeydən üstün tutacaq”.
Felan bir neçə investisiya şirkətinin təsisçisi və ya həmtəsisçisidir. Bunlara Rugger Management və MSD Capital daxildir.
S.ELAY
XQ