Britaniyada qoyunlarda ilk dəfə quş qripinə yoluxma halı qeydə alınıb

post-img

İngiltərədə ilk dəfə qoyunda quş qripi aşkarlanıb. Bu barədə "The Guardian" yazır.

Britaniya hökuməti Yorkşir qraflığında yerləşən fermada quş qripi virusu (H5N1) daşıyan bir qoyunun aşkarlandığını, lakin digər heyvanlarda yoluxma hallarının qeydə alınmadığını bildirib.

Məlumata görə, ABŞ-da inəklərdə quş qripi aşkarlandıqdan sonra bu cür halları nəzarətdə saxlamaq məqsədilə yoluxmuş təsərrüfatlarda əlavə müşahidə tədbirləri həyata keçirilir. Həmçinin Britaniya hökuməti fermerləri quş qripinin mümkün əlamətlərinə qarşı ayıq-sayıq olmağa çağırır.

XQ

 

 

Dünya