Gürcüstan və Ermənistanın hökumət başçıları regiondakı vəziyyəti müzakirə ediblər

post-img

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İrəvanda erməni həmkarı Nikol Paşinyan ilə görüşüb.

Bu barədə AZƏRTAC-a Gürcüstan hökumət administrasiyasından məlumat verilib. Bildirilib ki, görüşdə tərəflər Gürcüstan və Ermənistan arasında səmərəli əməkdaşlıq və qonşuluq münasibətlərini müzakirə ediblər. Strateji tərəfdaşlıq gündəliyində duran əsas məsələlərə, o cümlədən ticari-iqtisadi, nəqliyyat və mədəniyyət sahələrində əməkdaşlığa diqqət yetirilib.

Söhbət zamanı regiondakı çağırışlara, Cənubi Qafqazda sülh və sabitliyin xüsusi əhəmiyyətinə də toxunulub.

Dünya