Şoyqu Ermənistana xəbərdarlıq etdi

post-img

Ermənistanın Avropa İttifaqına daxil olması onun anti-Rusiya sanksiyalarına qoşulması və Ukraynaya silah tədarük etməli olması demək olacaq. TASS xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.

“Ermənistan Avropa sanksiyalarına və Avropa İttifaqının hərbi-siyasi qərarlarına, o cümlədən Aİ-nin Ümumi Təhlükəsizlik və Müdafiə Siyasəti, eləcə də Avropa Sülh Fondu kimi alətlər çərçivəsində qoşulmalı olacaq. Bu fond Ukraynadakı nasist rejiminin silahlı qüvvələrinə maliyyə dəstəyi verir”, - o, jurnalistlərə bildirib.

Şoyqu qeyd edib ki, Avropa İttifaqına qəbul olunarsa, Ermənistan nəinki iqtisadi problemlərlə üzləşəcək, həm də anti-Rusiya sanksiyalarının tətbiqinə qoşulmağa məcbur olacaq və Brüssel də bunda israrlı olacaq.

Şoyqu əlavə edib ki, bu addımlar təkcə Rusiya və Belarusa qarşı deyil, həm də Ermənistanın 2024-cü ilin sonunadək ticarət dövriyyəsi 737 milyon dollardan çox olan İrana qarşı yönələcək.

S.ELAY

XQ

Dünya