Suriya televiziyasının martın 13-də verdiyi məlumata görə, ölkənin müvəqqəti prezidenti Əhməd əl-Şara xüsusi komitə tərəfindən hazırlanmış keçid dövrü üçün konstitusiya bəyannaməsini ratifikasiya edib.
Məlumatı “İzvestiya.ru” verib.
Qeyd olunur ki, respublikada keçid dövrü beş il davam edəcək. Bu müddət ərzində imzalanmış sənəd İslam hüququnu əsas qanunvericilik mənbəyi kimi saxlayaraq Ərəb Respublikası üçün hüquqi bazanı təşkil edəcək.
“Komitə təsdiqləyib ki, bəyannamənin legitimliyi dövlətin adını “Suriya Ərəb Respublikası” kimi saxlamaqla və dövlət başçısının dinini İslam kimi göstərməklə yeni Suriya qurmaq istəyi ilə bağlıdır”, - ölkə KİV-i yazıb.
P.ƏMİRCANOV
XQ