Suriya ordusu terror aktının qarşısını alıb

post-img

Suriya ordusu Hələbin mərkəzində PKK/YPG terror təşkilatının hücumunu uğurla dəf edib. Məlumatı “Anadolu” verib. 

Hələb vilayətinin Şeyxmaksut və Əşrəfiyyə bölgələrində fəaliyyətlərini davam etdirən terrorçular Tarsus və Lazkiyədə baş verən hadisələrdən istifadə edərək Hələbdə Suriya hərbçilərinə hücum ediblər.

Suriya hərbçiləri hücuma dərhal cavab verib və terror aktının qarşısını ala biliblər. Suriya Müdafiə Nazirliyinin sözçüsü podpolkovnik Həsən Əbdülqani SANA agentliyinə bildirib ki, şəhərin təhlükəsizlik qüvvələri PKK/YPG-nin Əşrəfiyyə rayonunda həyata keçirdiyi hücumu dəf edib.

Məlumatda terrorçuların xeyli itki verdiyi də bildirilib.

Bundan əlavə, Dəməşqdəki təhlükəsizlik mənbələri Mezzeh 86 və Mezzeh Jabal bölgələrində devrilmiş rejimə bağlı yaraqlıların hücumları barədə məlumat veriblər. Qumbara hücumu terrorçularla təhlükəsizlik qüvvələri arasında toqquşmalara səbəb olub, bu zaman yüngül silahlardan istifadə edilib.

Hələbdə də təhlükəsizlik tədbirləri gücləndirilib. Hakimiyyət təhlükəsizlik qüvvələrinin sayını artırıb, onlar hazırda şəhərin 80 faizində yerləşir.

Son dörd gün ərzində keçmiş rejimə bağlı silahlı qruplar sahil bölgəsində təhlükəsizlik qüvvələrinə çoxsaylı hücumlar həyata keçirib. Hücumlarda onlarla hüquq-mühafizə orqanı əməkdaşı həlak olub.

P.ƏMİRCANOV
XQ

Dünya