Beş dövlət təhlükəsizlik və terrorizmə qarşı mübarizədə əməkdaşlıq edəcək

post-img

Türkiyə, İordaniya, İraq, Livan və Suriyanın diplomatik, hərbi və kəşfiyyat dairələri nümayəndələrinin İordaniyanın paytaxtı Əmmanda keçirilən toplantısının yekunları üzrə birgə bəyanat dərc olunub. 

Məlumatı “Anadolu” verib.  

Sənəddə tərəflərin terrorizmlə, narkotiklərin və silahların qanunsuz dövriyyəsi ilə mübarizə, sərhəd təhlükəsizliyinin təmin edilməsi, regionda baş verən digər ümumi problemlər və Suriyada baş verən hadisələr üzrə əməkdaşlıq barədə razılaşma əldə etdikləri bildirilib. Eyni zamanda, birgə bəyanatda Suriya xalqının təhlükəsizliyini, sabitliyini, suverenliyini, ərazi bütövlüyünü və hüquqlarının müdafiəsini təmin edən təməl üzərində öz vətənlərini bərpa etmək səylərinə dəstək ifadə olunub.

Sənəddə Suriyanın təhlükəsizliyi və sabitliyinin regionun təhlükəsizliyi və sabitliyi üçün zəruri olduğu vurğulanır və Suriyanın təhlükəsizliyi, suverenliyi və sülh əleyhinə yönəlmiş bütün cəhdlər və qruplar pislənir. Bəyanatda ictimai asayişin möhkəmləndirilməsi, Suriyanın sabitliyi və xalqının təhlükəsizliyinin qorunması üçün görülən bütün tədbirlərdə hökumətə dəstək ifadə edilir.

 

P.ƏMİRCANOV

XQ

Dünya